XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

26 Dekabr 2017 - 14:58

Peskov:"MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olacaq"

MDB dövlət başçılarının qeyri-rəsmi sammiti 2017-ci ilin yekunlarını müzakirə etmək üçün yaxşı imkandır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Moskvada keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi görüşü barədə deyib.

Mətbuat katibi qeyd edib ki, sammit zamanı Rusiyanın builki MDB sədrliyinin yekunları müzakirə olunacaq.

Onun sözlərinə görə, daha sonra prezidentlərin qeyri-rəsmi görüşü keçiriləcək və dövlət başçıları müzakirələri qeyri-rəsmi formatda davam etdirəcək.

Qeyd edək ki, bu gün Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Görüşdə müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf məsələləri müzakirə olunacaq/Trend.