XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 07:45

Nazir Səlim Müslümov Türkiyəyə gedəcək

Aprelin 16-19-da Ankara şəhərində Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclası keçiriləcək.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Məlumatda o da bildirilir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq keçirilən iclas bu iki qurumun fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar fikir mübadiləsinin aparılması, əmək miqrasiyası üzrə mövcud problemlərin və onların həlli yollarının müzakirəsinə həsr olunub. İclasda həmçinin əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması, məşğulluq və peşə hazırlığı, əlilliyin reabilitasiyası sahələrində əməkdaşlıq məsələləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.