XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 10:05

FHN-dən dağda yoxa çıxan alpinistlərlə bağlı açıqlama –Axtarış davam edir

FHN alpinistlərin itkin düşməsi ilə bağlı məlumat yayıb.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, 26 dekabr 2017-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib:

"Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək".