XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 16:58

Bu il 18 idmançıda qadağan edilmiş maddə aşkar olunub

Bu il 18 idmançıda qadağan edilmiş maddə aşkar olunub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli deyib.

Ş.Hüseynli bildirib ki, antidopinq qaydalarına əsasən yalnız müsbət nəticə pozuntu deyil:

"İl ərzində qadağan edilmiş maddənin istifadəsi halları 1, dopinq nəzarətindən imtina 2, könüllü şəkildə etiraf 1 və məkan məlumatı pozuntusu halları isə 8 dəfə baş verib. Aşkarlanan qadağan edilmiş maddələr müxtəlif olub. 9 idmançıda anabolik vasitələr, 3-də hormon və metabolik modulyatorlar, 2-də diuretiklər və gizlədici maddələr, 2-də stimulyantlar və 1-də narkotiklər aşkarlanıb. Bir idmançıda isə 7 müxtəlif steroid aşkarlanıb”.