XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

27 Dekabr 2017 - 18:38

Alpinistlərin axtarışına dağ-xilasetmə dəstəsi cəlb olunacaq- FHN

Alpinistlərin axtarışına dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamış "Gilavar" – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Həmin şəxslərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub.

Axtarış işlərinin səmərəliliyini artırmaq məqsədi ilə sabah əlavə qüvvələrin, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.