XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 19:15

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı- Fərman

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

İndiyə qədər Dövlət Komitəsi sədrinin birinci müavini və müavini olub. Dəyişikliyə əsasən Dövlət Komitəsi sədrinin müavinlərinin sayı 2-yə çatdırılıb.