XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 09:50

Mikayıl Cabbarovla AMEA-nın prezidenti BANM-ın tələbəsinin hazırladığı elektron cihazla tanış olublar –FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alan III kurs tələbəsi Cahandar Zeynallı artıq neçə aydır ki, çox maraqlı ideya üzərində çalışır.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YTP) çalışan gənc mühəndis təhlükəsizlik məqsədləri üçün istifadə ediləcək, hərbi təyinatlı robot hörümçək hazırlayıb.

Həmin hörümçək ərazinin səthinin müxtəlifliyindən asılı olmayaraq, istənilən yerdə hərbçilərə təhlükəsiz şəraitdə mina axtarmaqda yardımçı olacaq. Hörümçəyin fəaliyyəti uzaqdan idarəetmə pultu ilə tənzimlənir.

C.Zeynallı sabiq təhsil naziri, indiki vergilər naziri Mikayıl Cabbarov və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin YTP-a səfəri zamanı hazırladığı elektron cihazı onlara təqdim edib. Tələbə cihazın işləmə prinsipləri ilə bağlı nazirin suallarını cavablandırıb.

Hazırda hörümçək robotun III prototipi üzərində çalışan C.Zeynallı bundan başqa, öz komandası ilə pilotsuz uçan təyyarələrin elektronikası üzərində işləyir. İrəlidə gənc mühəndisin təhlükəsizlik məqsədilə istifadə oluna biləcək cihazın – “elektroşoker” cihazının işləmlərinə başlamaq fikri var.