XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 13:56

Zakir Həsənov cəbhəboyu zonada hərbi tibb müəssisələrdə oldu –Prezidentin tapşırığı ilə + FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da  olub.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Tibb heyəti ilə görüşən general-polkovnik Z.Həsənov onlara Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini çatdırıb.

Sonra hərbi qulluqçulara dövlətimizin başçısı adından bayram sovqatları təqdim olunub.