XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 12:18

30 milyon zəvvar eyni anda Həcc ziyarətinə gedə biləcək- Yaxın gələcəkdə

Səudiyyə Ərəbistanı Həcc və ümrə ziyarəti zamanı Məkkədə 30 milyon nəfəri qarşılaya bilmək üçün yeni layihələr hazırlayıb.

APA-nın yerli “SPA” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı Ciddə şəhərində konfrans təşkil edilib. Layihədə 2030-cu ilədək Məkkədə abadlaşdırma işlərinin görülməsi nəzərdə tutulur. Bu məqsədlə Kəbənin ətrafının genişləndirilməsi, elektrik, su,  xətlərində və tibb məntəqələrində yenidənqurma işlərinin həyata keçirilməsi, otellərin sayının artırılması, Ciddə şəhərindəki hava limanının böyüdülməsi planlaşdırılır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ümrə ziyarəti zamanı təxminən 5 milyon, Həcc ziyarəti zamanı 2 milyon zəvvarı eyni anda qəbul edə bilir.