XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 12:41

Qərargah:"İtkin düşmüş alpinistlərin axtarışları davam edir"

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının, Hüseynov Babur Vaqif oğlunun və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahından Azərtac-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 dağ-xilasedicisi axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.