Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7°, gündüz 10-15° isti, Bakıda gecə 5-7°, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək – 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 30-31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
Azərbaycanın rayonlarında dekabrın 31-də əsasən gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında yanvarın 1-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 5-7°, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək – 766 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 1-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6°, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.