XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 14:24

“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edilib

Milli Məclisin plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, qanun layihsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə. Hüseynli deyib ki, qanunun 11.1.3.6-cı maddəsinə "dövlət xidmətlərinin rəhbərlərinin" sözlərindən sonra", Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin" sözlərinin əlavə olunması təklif edilir. Bundan başqa, qanuna 21.6-cı və 22.9-cu maddələrin əlavə edilməsi də məqsədəuyğun sayılıb. Qanunun 21.6-cı maddəsinə əsasən (Dövlət quuluqçuları üçün təminatlar) Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunun dövlət qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil edilir.

Dəyişikliklərə əsasən, qanunun 22-ci maddəsinin (Dövlət məvacibi) müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil olunmur. Qanuna əlavə edilən 29.12-ci maddəyə əsasən Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin edilib. 

Layihə səsə qoyularaq qəbul olunub.