XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 15:12

Bayram günlərində marşrut avtobusları gecə 1-dək işləyəcək- Bakı Nəqliyyat Agentliyi

Bakı Nəqliyyat Agentliyi (BNA) bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.

Bu barədə “APA-Economics”ə BNA-dan məlumat verilib.

“Bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31 dekabr 2017-ci il, 1-2 yanvar 2018-cı il tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək”, – deyə məlumatda bildirilir.