Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahından AZƏRTAC-a bildiriblər ki, bu gün aparılan axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edib. Axtarış işləri dekabrın 30-da da davam etdiriləcək. Əlavə məlumat veriləcək.