XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 09:43

Müsavatın etiraz mitinqinə icazə VERİLMƏDİ

milli-sura-mitinq.jpg

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 19-na təyin etdiyi etiraz yürüşünü məqsədəuyğun hesab etməyib.

“Strateq.az” xəbər verir ki, Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı APA-ya açıqlamasında bildirib ki, bu gün BŞİH-ə dəvət edilib: “Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanovla görüşdüm. Bizə bildirdilər ki, “20 Yanvar” metro stansiyasından keçmiş “Məhsul” stadionuna yürüş məqsədəuyğun deyil. çünki avtomobillərin hərəkətinə və insanların gediş-gəlişinə mane ola bilər. Təklif etdilər ki, keçmiş “Məhsul” stadionunda mitinq keçirilməsi ilə bağlı müraciət olsa, baxıla bilər”.

R. Əmiraslanlı hazırda partiya rəhbərliyinin müzakirə apardığını və yekun qərarın veriləcəyini açıqlayıb.