XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

30 Dekabr 2017 - 03:08

İŞİD Sankt-Peterburq terrorunun məsuliyyətini öz üzərinə götürdü –"Reuters" xəbər yaydı

İŞİD terror qruplaşması Sankt-Peterburqda törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib. 

Bununla belə terrorçuların yaydığı açıqlamada heç bir dəlil-sübut gətirilmir.

Dekabrın 27-də Sankt-Peterburqda mağazada partlayış baş verib. Hadisə nəticəsində 13 nəfər yaralanıb. Partlayışın gücü 200 qram trotil ekvivalentində qiymətləndirilib.

Ötən gün Rusiya prezidenti Vladimir Putin partlayışı terror aktı adlandırıb.