XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 12:23

ANAMA mütəxəssisləri alpinistlərin axtarışlarına qoşulub –FOTO


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri alpinistlərin axtarışlarına qoşulub.

Bu barədə Trend-ə Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahından məlumat verilib. "Gilavar" – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Bu gündən ANAMA mütəxəssisləri də (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) axtarışlara qoşulublar.

Əlavə məlumat veriləcək.