XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 12:56

Milli Məclisin sədri İrana dəvət olunub


 Milli Məclisin sədri Oqtay Əsədov İslam Parlamentlərarası İttifaqının Tehranda keçiriləcək növbədənkənar iclasında iştirak etmək üçün İrana dəvət olunub.

Bu barədə IRNA agentliyi məlumat yayıb. Qeyd olunur ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangir-zadə O.Əsədovla görüşü zamanı ona İran parlamentin spikeri Əli Laricaninin dəvətnaməsini təqdim edib.

İslam Parlamentlərarası İttifaqının iclası 2018-ci il yanvarın 15-də keçiriləcək. İclas zamanı Fələstinlə bağlı son hadisələrin müzakirəsi planlaşdırılır.