XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 14:18

Putindən prezident İlham Əliyevə Yeni il təbriki :“Birgə işlərin davam etdiriləcəyinə ümid edirəm”

Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Kremlin mətbuat xidmətindən  verilən məlumata görə, V. Putin məktubunda ötən il Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladıb: "Bu yubiley müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında yeni uğurlarla yadda qaldı".

Rusiya prezidenti konstruktiv dialoqun davam etdiriləcəyinə, Cənubi Qafqazda və onun hüdudlarından kənarda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində ölkələrin, xalqların köklü maraqlarına cavab verən Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üzrə birgə işlərin davam etdiriləcəyinə ümidini ifadə edib.