XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 17:58

“Araz Supermarket” barəsində inzibati xəta haqqında iş başlanılıb

Araz Supermarket” MMC barəsində inzibati xəta haqqında iş başlanılıb.

"Report"un xəbərinə görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə başlanılmış işə Nəsimi Rayon Məhkəməsinində baxılıb.

Məhkəmə iş üzrə icraata xitam verib.

Həmin qərardan narazı qalan Maliyyə Bazarlarına Nəzarət Palatası apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.