XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 20:48

“Açıq qapı” günü- Müdafiə naziri Qusarda olub

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə hərbi hissələrdə əsgərlərin valideynləri və yaxınları, ictimaiyyətin nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənovun başçılığı ilə bu qurumun rəhbər heyəti Qusar qarnizonunda yerləşən hərbi hissədə “Açıq qapı” günündə iştirak edib.

Z.Həsənov, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adını daşıyan küçədəki barelyefinin önünə də gül dəstələri qoyaraq şəhidlərimizin xatirəsini bir daha ehtiramla anıblar.

Daha sonra nazir və digər rəhbər şəxslər əsgər yaxınları, valideynləri ilə birlikdə bayram şənliyində iştirak ediblər.

“Açıq qapı” günündə hərbi hissəyə gələn vətəndaşlar burada şəraitlə tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanalarına və yeməkxanaya baş çəkiblər. Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri narahat edən məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Nazir valideynləri dinləyib, onların qaldırdıqları bir sıra məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Tədbirdə xatirə olaraq hərbi hissənin ərazisində Eldar şamı ağacları əkildikdən sonra müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar edib.