XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Yanvar 2018 - 22:00

Naxçıvan Muxtar Respublikasında Yeni il şənlikləri keçirilib –FOTOLAR

 


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTACa bildirilib ki, yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mərkəzlərində Yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib.

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilib, şən mahnılar səslənib. Bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.

Məktəblilər Nazlı İbrahimli və Yusif Dadaşov Ali Məclisin Sədri ilə görüşüb, təbriklərini, xoş arzu və diləklərini çatdırıblar.