XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 Yanvar 2018 - 17:50

“Güclü qar yağdığı üçün alpinistlərin axtarışı müvəqqəti dayandırılıb” –Rəsmi

"İtkin düşən alpinistlərin yerini müəyyən etmək üçün əsas axtarışlar Mahmuddərədə gedir".

Bunu “Report”a açıqlamasında “Gilavar” – hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov deyib.

O bildirib ki, indiyə qədər alpinistlərlə bağlı heç bir izə rast gəlinməyib: "Hazırda hava şəraitinə görə, axtarış işləri müvəqqəti dayandırılıb. Çünki hava şəraiti çox kəskindi, güclü qar yağır və duman var. Əraziyə çıxmaq təhlükəlidir".

Klub direktoru qeyd edib ki, alpinistlərin axtarışı ilə 20 nəfər məşğul olur: "Axtarışlarda iştirak edənlərin 10 nəfəri Fövqəladə Hallah Nazirliyinin işçisidir. Digər 10 nəfər isə könüllüdü. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də ərazidədir".

Qeyd edək ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib.