XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 18:58

Azərbaycan və Aİ arasında danışıqların vaxtı müəyyənləşib- Aviasiya sazişi üzrə

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktorluğunun (DG MOVE) rəhbəri Henrik Hololey Bakıya 27-30 yanvar tarixlərində səfər edəcək.

Bunu Trend-ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis deyib.

Onun sözlərinə görə, səfər zamanı Hololey Azərbaycan və Avropa İttifaqı arasında aviasiya sazişi üzrə müzakirələr aparacaq.

Daha öncə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd etmişdir ki, Avropa Birliyi Azərbaycanla aviasiya sazişini 2018-ci il yanvar ayının ikinci yarısında paraflamaq niyyətindədir.