Mingəçevir şəhərində bir nəfər özünü körpüdən Kür çayına atıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin "Aran" dalğıc-axtarış qrupu və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.
Hələlik axtarışlar heç bir nəticə verməyib və qaranlıq düşdüyündən axtarışların yanvarın 5-də davam etdirilməsi qərara alınıb/Report.