Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 6-da Almaniyaya səfər edəcək.
Səfər zamanı o alman həmkarı Zigmar Gabriel ilə danışıqlar aparacaq.
Qeyd olunur ki, xarici işlər nazirliklərinin rəhbərləri iki ölkə arasındakı münasibətlərdə gərginliyin aradan qaldırılması yollarını müzakirə edəcək.
Danışıqlar Goslar şəhərində keçiriləcək/Trend.