XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2018 - 23:12

ABŞ-da anomal soyuqlar və qarlı hava… –16 nəfər öldü

ABŞ-da son bir həftə ərzində azı 16 nəfər anomal soyuqların və qarlı hava şəraitinin qurbanı olub.

Bu barədə "CNN" məlumat yayıb. 

Əlverişsiz hava şəraiti ilə əlaqədar Viskonsində 6, Texasda 4, Şimali Karolinada 3 ölüm faktı qeydə alınıb.

Miçiqan, Missuri və Şimali Dakota ştatlarının hər birində kəskin soyuq və qarlı hava ilə əlaqədar 1 ölüm faktı qeydə alınıb. Telekanal qeyd edib ki, bu ştatlarda temperatur normadan 15-20 dərəcə aşağıdır. Məsələn, Missuri ştatının Sent-Luis şəhərində havanın hərarəti mənfi 13 dərəcədir/Report.