Millət vəkili əlavə edib ki, paralel olaraq ali məktəblərə qəbulda Gürcüstanda yaşayan soydaşlarımız üçün limitin ayrılması məsələsini də qaldırıb:
“Onların arasında ən yaxşıları seçiləcək. Gürcüstana qayıtmaq şərti ilə burada dövlət hesabına oxuyacaqlar. Yəni, Gürcüstanda yaşayan soydaşlarımıza Azərbaycanda yaşayan soydaşlarımız qədər vətəndaşlıq hüququ verilməlidir. Bu da yalnız soydaşlar haqqında qanun qəbul etməklə mümkündür. Bu məsələ parlamentdə müzakirə olunub. Hətta artıq gündəmdədir. Hesab edirəm ki, müyyən redaktələr edildikdən sonra qəbul olunacaq”.