XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

08 Yanvar 2018 - 11:33

Vergilər nazirinin müavini istefa ərizəsi yazıb –Namiq Əliyev işə niyə gəlmir?

Vergilər nazirinin müavini Namiq Əliyevin istefa ərizəsi yazdığına dair məlumat yayılıb.

Modern.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, son günlər nazir müavininin iş yerinə gəldiyini görənlər olmayıb. Qeyd edilir ki, Namiq Əliyev ötən həftə kabinetindəki əşyalarını toplayaraq, nazirlikdən ayrılıb. Onun istefasının hələ ki rəsmiləşmədiyi, ancaq  yerinə tezliklə yeni təyinat olacağı bildirilir. Vergilər Nazirliyindəndən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Namiq Əliyev 2004-cü ilin fevralından vergilər nazirinin müavini işləyir. Onun sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadr olduğu, onları qudalıq əlaqələrinin bağladığı söylənilir.