İsrail parlamentinin deputatlarından ibarət nümayəndə heyəti qondarma “erməni soyqırımı” ilə bağlı tədbirlərdə iştirak etmək üçün Ermənistana gələcək.
“Strateq.az” bildirir ki, bu barədə İsrailin “Newsru.co.il” saytı məlumat yayıb. “Amma bu səfər İsrailin rəsmi siyasətinin bu məsələ ilə bağlı dəyişməsi demək deyil” -deyə sayt vurğulayıb.
İsrail deputatlarının Yerevana səfərini İsraildəki erməni icmasının rəhbəri Rimma Varjapetyan təsdiqləyib. Onun sözlərinə görə, Knessetin üzvləri Yerevana İsrail səfirinin müşayəti ilə gələcəklər.
X. SƏFƏROĞLU