XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 11:59

İntihar edən tələbənin meyiti hələ tapılmayıb –Əmisi oğlundan ittiham

Ötən gün Bakıdakı Dənizkənarı Milli  Parkda özünü dənizə ataraq intihar edən  Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlunun meyiti hələ də dənizdən çıxarılmayıb.

Bu barədə məlumatı Azinforum.az saytına mərhumun əmioğlusu Rəsul Cahangirov verib.

Onun sözlərinə görə, bəzi KİV-lərdə meyitin tapılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb:“Hazırda mən dənizkənarı bulvardayam. Təəssüflər olsun ki, ötən gecə bizim tələblərimizə baxmayaraq, heç bir axtarış aparılmadı. Hazırda hadisənin baş verdiyi ərazidə axtarışlar aparılır. Bizi medianın belə yalan məlumat yayması təəccübləndirir. Əksinə, bu cür çətin vəziyyətdə media həqiqəti yaymalıdır ki, dövlət qurumları da məsuliyyətli davransınlar”.

İntihar edən gənc şairin doğmasının sözlərinə görə,  əmioğlusu özünü bulvarın “Yaxt klub” olan ərazisində dənizə atıb.