XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2018 - 16:03

İranda 3700 nəfərdən çox həbs edilib –Etiraz aksiyaları ilə bağlı

İranda etiraz aksiyaları zamanı ümumilikdə 3700 nəfərdən çox həbs edilib.

Bunu jurnalistlərə açıqlamasında İran parlamentinin Təhsil Məsələləri üzrə Komitəsinin üzvü Mahmud Sadeqi söyləyib.

O, həbs edilən tələbələrin dəqiq sayının bilinmədiyini deyib.

Qeyd edək ki, bundan öncə İran hökuməti həbs edilən şəxslərin çoxunun azadlığa buraxıldığını bildirmişdi/Axar.az.