XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 17:24

Read Qasımov aparat rəhbəri vəzifəsinə təyin edildi –“İçərişəhər”də kadr dəyişikliyi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə Read Azər oğlu Qasımov İdarənin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

İdarədən Strateq.az-a verilən məlumata görə, R.Qasımov 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib.

O, əmək faəliyyətini 1997-1999-cu illərdə beynəlxalq şirkətlərdə başlayıb, 1999-cu ilin sonunda dövlət qulluğuna qəbul edilərək Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində “Qiymətli kağız sahiblərinin hüquqlarının müdafiəsi” şöbəsinin rəisi, 2003-cü ildən etibarən isə Komitənin Hüquq departamentinin direktoru vəzifəsində davam etdirib. Daha sonra 2006-ci ilin yanvar ayında Azərbaycan Respublikasının İqtisadi İnkişaf nazirliyinin Hüquq şöbəsinin müdiri, 2006-cı ilin oktyabr ayından isə Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktorunun müavini təyin edilib. 2009-2010-cu illərdə “Küveyt-Azərbaycan İnvestisiya Şirkətinin” Baş direktoru, 2010-2013-cü illərdə “Turkapital Holding” şirkətinin Azərbaycanda nümayəndəliyinin direktoru vəzifələrində çalışıb.

R.Qasımov 2013-cü ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olub.

Dövlət qulluğunun müşaviri dərəcəsinə malikdir. Evlidir, iki övladı var.