XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 20:14

10 min yol polisi işdən çıxarılıb –Rusiyada

Rusiyada Dövlət Yol Müfəttişliyi əməkdaşlarının sayı 2018-ci il yanvarın 1-dən 10 min nəfər azaldılıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, Yol Patrul Xidməti və Dövlət Yol Müfəttişliyinin əməkdaşlarının sayı qeydiyyat işləri, imtahan götürmə və sürücülük vəsiqəsini vermə üzrə vəzifələrdən başqa, digər sahələrdə azaldılıb.

Məlumata əsasən ixtisara düşən polislər Daxili İşlər Nazirliyinin digər şöbələrindəki vakant vəzifələrə müraciət edə bilərlər/APA.