XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

10 Yanvar 2018 - 14:45

Prezident İlham Əliyev başsağlığı verdi- Gürcüstanın Azərbaycandakı ilk səfirinin vəfatı ilə əlaqədar

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycanda ilk fövqəladə və səlahiyyətli səfiri Giorgi Çanturianın vaxtsız vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

Qeyd edək ki, G.Çanturiya uzun sürən xəstəlikdən sonra vəfat edib. G. Çanturiya 1957-ci ildə anadan olub. O, müxtəlif dövlət vəzifələrində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə və İsraildə diplomatik missiyalarda fəaliyyət göstərib.

1993-cü ildə Gürcüstan prezidentinin beynəxalq məsələlər üzrə müşaviri, 1994-1996-cı illərdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, 1996-cı ildən etibarən prezidentin xüsusi elçisi və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti olub.

Son illərdə G. Çanturiyanın Azərbaycanda çalışdığı bildirilir.