XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

10 Yanvar 2018 - 17:14

Azərbaycan icmasının nümayəndələri Ukraynada mitinq keçiriblər- DİN-in binası qarşısında

Azərbaycan icmasının nümayəndələri Kiyevdə Ukrayna Daxili İşlər Nazirliyinin binası qarşısında mitinq keçiriblər.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, aksiyada 150 nəfər iştirak edib.

Onlar hüquq-mühafizə orqanlarını Ukraynadakı azərbaycanlılara təzyiq edən, onları oğurlayan cinayətkarlara qarşı tədbirlər görməyə çağırıblar.

Bəzi mitinq iştirakçılarının fikrincə, cinayətkarlar güc strukturlarından qorxmurlar və Ukraynada sahibkarlıqla məşğul olan 20-dən çox azərbaycanlı oğurlanıb.

Aksiya iştirakçıları üzərində "Ukraynaya sərmayə qoymaq istəyirəm, amma bu, təhlükəlidir", "90-cı illər geri qayıdır", "Ukraynada quldurluğa qarşıyıq. Bizi qoruyun" yazılmış plakatlar tutublar.