XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

10 Yanvar 2018 - 20:43

Nazir:“Gürcüstan, Türkiyə və Azərbaycan gömrük sahəsində fəal əməkdaşlıq edir”

“Gürcüstan, Türkiyə və Azərbaycan gömrük sahəsində fəal əməkdaşlıq edir.”.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə ölkənin maliyyə naziri Mamuka Baxtadze Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla görüşdə deyib.

Görüşdə qeyd olunub ki, hər üç ölkənin gömrük qurumları yeni regional təşəbbüslər irəli sürür və müasir gömrük nəzarəti mexanizmləri vasitəsilə nəqliyyat dəhlizinin rəqabətliliyinin artırılması istiqamətində əməkdaşlıq edir. 

Tərəflər həmçinin Gürcüstan və Türkiyə arasında gömrük sahəsində ikitərəfli, regional layihələr üzrə əməkdaşlıq və ölkələrin regionda tranzit rolunu nəzərdən keçirib.