XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

11 Yanvar 2018 - 19:44

Xarici Kəşfiyyat Xidmətinə qəbul edilən işçilərin ştat vahidi dəyişdi –Prezident hökumətə tapşırıq verdi

Prezident İlham Əliyev bu gün daha bir fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən,  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 47; 2017, № 2, maddə 197) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişikliklər təsdiq edilib.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.