XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2018 - 21:44

İranın hərbi gəmisi Xəzərdə niyə qəzaya düşüb? –Səbəb açıqlandı

İran Hərbi-Dəniz Qüvvələrinə məxsus “Damavand” gəmisinin Bəndər Ənzəli limanında inşa edilmiş  hüdudlayıcı dalğaqırana çırpılmasına səbəb texniki nasazlıq olub.

Bu barədə İranın limanlar və gəmiçilik idarəsinin sədri Hadı Haqşenas bildirib.   

Onun sözlərin görə, insident zamanı qayığın aşması nəticəsində ekipajın 2 üzvü xəsarət alıb.  

Bundan əvvəl gəminin qəzaya düşməsinə səbəb qeyri-sabit hava şəraiti olduğu bildirilmişdi.   

Bəzi yerli KİV-lər qəza zamanı 6 nəfərin dənizə düşdüyünü, onlardan 4 nəfərin xilas edildiyi, iki nəfərin isə itkin düşdüyü bildirir. Bundan başqa, qəza nəticəsində, ümumilikdə, 14 nəfərin xəsarət aldığı bildirilir. 

APA