XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2018 - 11:33

Rusiyada qar uçqunu olub –İki nəfər ölüb

Rusiyanın Xakasiya Respublikasının Orconikidze rayonunda baş vermiş qar uçqunu nəticəsində 2 nəfər ölüb.

Bu barədə məlumatı bazar günü Fövqəladə Hallar Nazirliyinin Xakasiya üzrə regional idarəsi yayıb.

"Xilasedicilər hadisə yerinə gəlincəyə qədər, turistlər qarın altından ölmüş iki kişinin meyitini aşkar ediblər", – deyə TASS xilasedicilərin sözlərini sitat gətirib.

Qar uçqunu ötən gün baş verib və hadisə yerinə yalnız qar kvadrasiklı ilə getmək mümkün olub/Report.