XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 10:30

Bakı – Şamaxı yolu buz bağlayıb –Nəqliyyatın hərəkəti çətinləşib

Şamaxı və ətraf rayonlarda qar və şaxtalı hava səbəbindən avtomobil yolları buz bağlayıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, iki gündür aramsız yağan qar, magistral yolda hərəkəti çətinləşdirib.

Şəhərdaxili yollarla yanaşı, magistral yollar da buz bağlayıb, bəzi nöqtələrdə avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.

Muğanlı – İsmayıllı yolunun 15-17 kilometrliyində yolun hərəkət hissəsində də nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb. Əsasən səhər saatlarında yolda sürüşkənlik müşahidə olunub.

Bundan başqa, Bakı – Şamaxı – Yevlax avtomobil yolunun Cəngi yaşayış massivi yaxınlığında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Yollarda intensiv hərəkəti təmin etmək üçün İsmayıllı və Qobustan rayon yol idarəsinin texnikaları əraziyə cəlb olunub. Yollardan buzun təmizlənməsi üçün sözügedən ərazilərə qum-duz qarışığı səpilib.