XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2018 - 16:45

Lavrovla Cavad Zərif arasında telefon danışığı olub –Müzakirə mövzusu

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, nazirlər ötən il dekabrın 4-5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin XİN başçılarının iclasının qərarlarına əsasən V Xəzər Sammitində dənizin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması ilə bağlı hazırlıq işlərini müzakirə ediblər.  

Bundan başqa, tərəflər bir sıra aktual beynəlxalq problemlər, xüsusi ilə də Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresi kontekstində Suriya münaqişəsinin nizamlanmasını, eləcə də İranın nüvə proqramı ilə bağlı birgə hərtərəfli plan ətrafında yaranan vəziyyət barədə fikir mübadiləsi aparıblar.