XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 21:03

General Əli Nağıyev Xorvatiyada səfərdə olub

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiya Respublikası Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə Departamentinin (USKOK) dəvəti ilə aprelin 8-dən 10-dək Xorvatiyada səfərdə olub.

Səfər cərçivəsində Xorvatiya Respublikasının Baş prokuroru Dinco Svitan, USKOK-un rəisi Tamara Laptos, eləcə də Ədliyyə Nazirliyinin, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Milli Polis Mərkəzinin məsul əməkdaşları ilə görüşlər keçirilib.

Tədbirlərdə Əli Nağıyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində islahatların həyata keçirildiyini, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlıq etdiyini, həmçinin korrupsiyaya qarşı qətiyyətli və səmərəli mübarizədə ölkəmizin öz müsbət təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Azərbaycan nümayəndə heyəti “USKOK-un strukturu və iş metodları barədə”, “Şikayətçilərin qorunması və yeni antikorrupsiya strategiyası” və “Xüsusi dəlillərin toplanmasında polisin fəaliyyəti” mövzusunda keçirilmiş konfranslarda fəal iştirak edib, mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.