XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 21:12

Yasamal, Nəsimi və Xətai rayonlarında sabah qaz olmayacaq –“Azəriqaz”dan xəbərdarlıq

Sabah Bakı şəhərinin Yasamal, Nəsimi və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə Strateq.az-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş diametri 325 və 200 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş qaz sızmalarının, eləcə də qeyri-qanuni qoşulmaların ləğvi ilə əlaqədar yanvarın 17-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai,Yasamal və Nəsimi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq:

"Aparılan işlərin Abşeron rayonunun Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir".