XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 23:42

Trampla Çin lideri telefonda danışıb –Şimali Koreya ilə bağlı müzakirə

ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Tzinpin arasında telefon danışığı olub.

“Reuters”nin verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

Məlumata görə, telefon danışığı zamanı liderlər Şimali Koreya ətrafındakı vəziyyəti müzakirə ediblər.   

Donald Tramp və Si Tzinpin  razılığa gəliblər ki, Seul və Pxenyan arasında dialoqun davam etdirilməsi KXDR rəhbərliyinin “destruktiv davranışında” dəyişikliyə səbəb olar.

Tramp Şimali Koreyanın nüvəsizləşdirilməsinə nail olmaq üçün ABŞ-ın bu ölkəyə qarşı təzyiqi davam etdirəcəyini qeyd edib/APA.