XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

17 Yanvar 2018 - 14:42

Xəstəxana:"İsa Qəmbər bir müddət həkim nəzarəti altında olmalıdır"

“İsa Qəmbər kardioreanimasiyadan terapiya şöbəsinə köçürülüb. İnfarkt keçirdiyi üçün hələ həkim nəzarəti altında olmalıdır”.

Bunu APA-ya açıqlamasında Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov deyib.

Həkim bildirib ki, İ.Qəmbərin səhhəti yaxşıdır: “Danışır, yavaş-yavaş gəzməyə başlayıb. Evə nə vaxt buraxılacağı barədə isə konkret söz deyə bilməyəcəyəm”.

F.İbrahimov qeyd edib ki, sabah konsilium keçiriləcək və İ. Qəmbər növbəti dəfə müayinə olunacaq.

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib. Onun ürəyinə bir neçə stent yerləşdirilib.