XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 January 2018 - 19:16

Xalq artisti Böyükağa Məmmədov vəfat edib

Tanınmış rəqqas, Xalq Artisti Böyükağa Məmmədov dünyasını dəyişib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sənətkar bu gün uzun sürən xəstəlikdən sonra 90 yaşında vəfat edib.

Qeyd edək ki, B.Məmmədov uzun müddət “Cücələrim” rəqs ansamblına rəhbərlik edib. Dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.