XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2018 - 12:24

Prezident İlham Əliyev özbəkistanlı həmkarına başsağlığı verdi:“Xəbər məni son dərəcə sarsıtdı”

Azərbaycan dövlət başçısı İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli Şavkat Miromonoviç.

Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıtdı. Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Qeyd edək ki, hadisə nəticəsində 52 nəfər yanaraq ölüb, 5 nəfər xəsarət alıb.