XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

20 Yanvar 2018 - 17:04

İstanbul metrosunda 20 Yanvar faciəsi ilə bağlı fotosərgi açılıb- FOTO

Türkiyənin İstanbul şəhərinin “Yeni Kapı” metrostansiyasının vestibülündə 1990-cı il 20 yanvar gecəsinin dəhşətlərini əks etdirən “Qanlı Yanvar” adlı fotosərgi açılıb. 

"Report"un Türkiyə bürosunun məlumatına görə, fotolar metronun giriş və çıxışında sərgilənib. 

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan sərgidə 50-yə yaxın fotoda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda və bölgələrdə dinc əhaliyə qarşı törətdiyi insanlığa sığmayan vəhşiliklər təqdim olunub. 

Sərgi sərnişinlərin diqqətini çəkib. Fotoların qarşısında ayaq saxlayan insanlara konsulluq əməkdaşlara tərəfindən əks olunan hadisə ilə bağlı məlumatlar verilib.

Sərgi 5 gün davam edəcək.