Fransa EKSPO-2025 sərgisini keçirmək uğrunda mübarizədən rəsmən imtina edib.
“Report” xəbər verir ki, bu barədə məlumatı yerli "Le Monde" nəşri yayıb.
Parisin imtinasından sonra 2025-ci ildə Ümumdünya sərgisinin keçirilməsi uğrunda üç namizəd şəhər – Bakı, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) mübarizəni davam etdirir.
Nəşr məlumatı layihənin iqtisadi modelinin "struktur çatışmazlıqları"nı tənqid edən Fransanın baş naziri Eduar Filippə istinadən yayıb. Filippin sözlərinə görə, Fransa EKSPO-nun keçirilməsi ilə bağlı əlavə maliyyə öhdəliklərini üzərinə götürə bilməz.
Nəşr yazır ki, Fransa 2024-cü il Olimpiadasını qəbul edəcək, ona görə, daha bir beynəlxalq tədbirin keçirilməsi respublika büdcəsi üçün artıq yükdür.
Belə olan halda, Azərbaycanın sərgini keçirmək üçün təqdim etdiyi ərizənin şanslarını daha da artıb.